FHN-in keçirdiyi riskli əməliyyatın görüntüləri - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış əməliyyatı icra olunub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, sutka ərzində iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində bir nəfər xilas edilib, bir nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN əməliyyat görüntülərini yaydı - VİDEO
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallard...
