FHN Azərbaycanın şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb

FHN Azərbaycanın şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb
Hadisə 118

"Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır".

BAKU.WS xəbər verir ki, bunu report-a fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda orada 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib".

"Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var", - o, əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər