Fəvvarələr meydanında sərxoş halda skuter sürən şəxs həbs edildi
Bakının mərkəzində sərxoş halda skuter sürərək ictimai asayişi pozan gənc məsuliyyətə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsindəki Fəvvarələr meydanında qeydə alınıb.
Polis əməkdaşları səhər saat 06 radələrində bir neçə nəfərin meydanda qışqıraraq danışdığını görüb və onlara yaxınlaşıblar. Həmin şəxslərə qeyd edilən saatda səs-küy salmağın yolverilməz olduğu, həmçinin bu ərazinin skuter sürmək üçün təyin edilmədiyi deyilib.
Lakin həmin şəxslərdən 2000-ci il təvəllüdlü S.Balayev mübahisə edərək əməllərinə davam etməyə başlayıb. O, saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb və sərxoş halda olması müəyyən edilib.
Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlana rayon məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs verilib.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda avtomobili "protiv" sürdü - Polisdən RƏSMİ AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, görüntülərlə bağlı araşdırma aparılıb Bu barədə qurumdan BAKU.WS-ə bi...