Fermerin xərcinin kompensasiyası niyə ödənilmir?

Fermerin xərcinin kompensasiyası niyə ödənilmir?
Video
Hadisə 0

Baku TV-nin qaynar xəttinə müraciət edən kürdəmirli fermer İsa Xəlilov ona məxsus pay torpağına kompensasiya ala bilmədiyini iddia edir.

Fermerin sözlərinə görə, ərazi ona 2011-ci ildə Bala Kəngərli bələdiyyəsi tərəfindən 99 illik icarəyə verilib. Daha sonra həmin sənəd əsasında aidiyyəti quruma müraciət edib və 2.36 hektar əkin sahəsinə dair çıxarış əldə edib.

İsa Xəlilov bildirir ki, Yuxarı Şirvan kanalının yenidən qurulması ilə əlaqədar torpaq sahəsinin 1.4 hektarlıq hissəsi layihə çərçivəsində istifadəyə cəlb edilib.

Onun sözlərinə görə, layihəni həyata keçirən qurumların nümayəndələri sənədləri qəbul edib və əraziyə görə kompensasiya ödəniləcəyini bildiriblər.

Fermer qeyd edib ki, sonradan ona kompensasiya ödənilməyəcəyi deyilib. Səbəb kimi isə torpağın mülkiyyətçisinin bələdiyyə olması göstərilib.

"Mən ərazinin bu hala gətirilməsi üçün 10 min manatdan çox pul xərcləmişəm. Torpağa maşınlarla gübrə vermişəm", - deyə o, sözlərinə əlavə edib.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərsə, vətəndaşın torpaq sahəsində apardığı yaxşılaşdırmalara görə çəkdiyi xərclərin kompensasiya olunması məsələsi müqavilə şərtlərinə uyğun həll edilməlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər