Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarı yenidən dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən "Valeh" MMC-yə məxsus və fəaliyyətləri aşkar olunan nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılan yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.
Yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktların nüsxəsi sahibkara təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...