Faytonçu Nazim xəstəxanaya yerləşdirildi

Faytonçu Nazim xəstəxanaya yerləşdirildi
Hadisə 760

Faytonçu Nazimə ilkin olaraq işemik insult diaqnozu qoyulub.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.01.2025-ci il tarixində saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

"Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub",- deyə məlumatda qeyd edilib.

*** 12:23

Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.

O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.

N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hadisə Bakı-Quba avtomobil yolunun Hac...

75 Hadisə 22:36 21 sentyabr 2026

Son xəbərlər