Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş
08
may
2025
08:29
Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib
66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.
"Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi", - deyə Aqil Rzayev bildirib.
Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu
"Instagram"da nalayiq ifadələr işlədənlər həbs olunublar. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Lənkəran rayon sakini "Instagram" sosial şəbəkəsi...