Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb

Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb
Hadisə 56

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

BAKU.WS xəbər verir ki, by barədə report-a onun vəkili Fəxrəddin Mehdiyev bildirib.

Məlumata görə, onun həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

Məhkəmə "Kanal13" interntet televiziyasının rəhbəri Əziz Orucovla bağlı qərar qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə report-a onun həyat yoldaşı Lamiyə...

5 Hadisə 17:48 27 dekabr 2023

Son xəbərlər