Əyləncəsi üçün qonşusundan təqaüd kartını oğurlayan tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini yaşadığı evdən ona məxsus təqaüd kartının naməlum şəxs tərəfindən oğurlandığını və hesabında olan 1043 manat pulun çıxarıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinənin zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...