Əvvəllər işlədiyi mağazadan 14 televizor oğurladı
08
may
2026
12:02
Xaçmazda mağazadan elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Xaçmaz Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə Xudat şəhərində yerləşən mağazadan oğurluq edən Elman İmanov və Elçin Məhərrəmovdur.
Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Fransadan qayıdanda övladları əlindən alınan ailə UŞAQLARINA QOVUŞDU
Xaricdə yaşayan Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın bir müddət əvvəl əllərindən alınan övladları Denis və Aras Abdullayevlər yenid...