Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi

Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
Hadisə 555

Şəki şəhərində yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirmiş qadın cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1969-cu il təvəllüdlü Dilbər Yusifova (ad və soyadı şərti) 1 il 6 ay müddətə həbs edilib. O, məhkəmə zalındaca tutularaq cəzasını çəkəcəyi müəssisəyə göndərilib.

Bildirilib ki, D.Yusifova pul qarşılığında müxtəlif şəxslərlə görüşən həmcinslərinə öz evində şərait yaradıb və əldə edilən pulun yarısını özünə götürüb. Onun əxlaqsızlıq yuvası yaratmaqla yanaşı, bir neçə qadını fahişəliyə cəlb etməsi də müəyyən olunub.

İstintaq zamanı ifadə verən şəxslər bildiriblər ki, D.Yusifovanın evinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini xeyli insan bilib və orada mütəmadi görüşlər təşkil edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi açılıb.

Oxşar xəbərlər

Ağcabədidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Ağcabədidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisind...

42 Hadisə 22:32 06 sentyabr 2025

Son xəbərlər