Evində yarıçılpaq işləyən ustanı döyən kişinin şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində ustanı döyməkdə təqsirləndirilən Habil Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə H.Səmədova 1 000 manat miqdarında cərimə cəzası təyin edilib. İttihama görə, hadisə 16 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evlərin birinin qarşısında qeydə alınıb. Belə ki, Habil Səmədovun qonşuluğunda yaşayan Lətif Əsədzadə (şərti) onun evində usta kimi işləyirmiş.
L.Əsədzadənin H.Səmədovun həyat yoldaşının yanında yarıçılpaq vəziyyətdə olması səbəbindən aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs əli ilə zərərçəkmişin sinə və qol nahiyələrinə qəsdən vuraraq xəsarət yetirib. Daha sonra H.Səmədov cinayət məsuliyyətinə cəlb edilib.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...
