Evdən qaçan gəlinin qayınanası: Ayda bir dəfə oğlumla görüşdürürdüm

Evdən qaçan gəlinin qayınanası: Ayda bir dəfə oğlumla görüşdürürdüm
Hadisə 5307
Zərdabda 19 yaşlı Aynaz Hacıyevanın evdən qaçmasının bəzi təfərrüatları məlum olub.BAKU.WS xəbər verir ki, Aynaz Hacıyevanın qayınanası Səmsiyyə Hacıyeva AzNews.az-a gəlininin evdən getməsində onun anasını günahlandırıb:“Aynazın anası 15 gün bizdə qonaq qaldı. Axşam yedik-icdik, hərə öz otağına getdi. Səhərə yaxın həyətə düşmüşdüm, baxdım ki, qapı aralıdı. İçəri girəndə gördüm ki, nə gəlin var, nə də uşaq. Çıxıb gediblər. Biz də lazımı orqanlara məlumat verdik. Aynazın anasının telefonuna zəng edirik, hər dəfə bir bəhanə gətirir. Gah Salyanda, gah da başqa rayonda olduğunu deyir. Gəlinimlə aramızda heç bir problem olmayıb. Oğlumla da münasibəti yaxşıdır. Sadəcə, anası burda qaldığı müddətdə onun başını yedi. Gəlinimi təcili tapmalıyam. Ondan narahatam. Bu dünyanın hər üzü var, hər cür adam var. Təsirə düşməsini istəmirəm. Aynazın əri hərbi xidmətdədir, ayda bir dəfə onu oğlumun yanına aparıb görüşdürürəm”.Qeyd edək ki, Zərdab rayonunda 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də üç aylıq qızı ilə birlikdə evdən gedib.BAKU.WS

Son xəbərlər