26 yaşlı ana iki azyaşlı qızı ilə yoxa çıxdı - polis hər yerdə onları axtarır (VİDEO)
09
iyl
2018
10:33
Goranboyda ana iki qız övadını da götürərək evdən gedib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə 4 gün öncə rayonun Səfikürd kəndində baş verib.26 yaşlı Məmmədova Bəsti Kazım qızı günorta saatlarında 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən çıxıb. Yaxınları bütün qohum-əqrəbanı soraqlasa da, ana və uşaqlarını gördüm deyən olmayıb. 26 yaşlı gəlinin qayınanası Dursun Məmmədova övladlarından narahat olduğunu bildirir. Onlar günün isti vaxtı çıxdıqlarından kənd sakinlərindən də kimsə onları görməyib.B.Məmmədova və azyaşlı qızlarının itkin düşməsi barədə Goranboy Rayon Polis Şöbəsinə də müraciət edilib. Yaxınları 26 yaşlı B.Məmmədovanı və onun 2 qızını görənlərdən 070-915-94-35 (qayınanası Dursun Məmmədova), 050-390-84-80 (qayınatası Oqtay Məmmədov), 070-633-59-25 (gəlinin atası Kazım) nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bacılar itkin düşdü
Şəmkir rayonunda azyaşlı bacılar itkin düşüb.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və onun ba...