Evdən pul oğurlayan keçmiş məhkum yenə ƏLƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda evdən pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini M.Qasımov ona məxsus fərdi yaşayış evindən 1000 ABŞ dolları və 2 000 manat pulun oğurlanması barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abdullayev saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulları xərclədiyini bildirib.
Faktla bağlı M.Abdullayev barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...