Evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
BAKU.WS xəbər verir ki, Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...