Evdən 10 min manatlıq məişət əşyaları oğurlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçalada evdən 10 000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, cari ilin aprel ayının 1-dən 15-dək olan müddətdə rayonun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə Neftçala Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar.
Dindirilmə zamanı D.Babayev və C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. D.Babayev və C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? - ŞOK FAKTLAR + SİYAHI
“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə ittihamlar məlum o...