Evdə yüksək səslə musiqi qonşular arasında davaya səbəb oldu

Evdə yüksək səslə musiqi qonşular arasında davaya səbəb oldu
Hadisə 185

Ağstafa rayonunda qonşular arasında dava olub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, iyun ayının 7-də rayonun Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng-Mərkəzi" Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib.

Eyni zamanda, müraciət edən şəxslərin qonşuları - Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, hadisəyə səbəb N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması olub.

Hazırda araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər