Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
28
avq
2026
17:14
Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır
Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Bu...