Ev sahibinə qumbara və qərənfil "hədiyyə" göndərən şəxs saxlanıldı

Ev sahibinə qumbara və qərənfil hədiyyə göndərən şəxs saxlanıldı
Hadisə 244

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbara aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər