Əsir saxladığı hamilə sevgilisini qətlə yetirdi - VİDEO

Əsir saxladığı hamilə sevgilisini qətlə yetirdi  - VİDEO
Video
Hadisə 256

"Dedi ki, mama, Şirxan məni əsarət altında saxlayır".

BAKU.WS xəbər verir ki, bunu Baku TV-yə qətlə yetirilən Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın anası deyib.

Ananın sözlərinə görə, G.Ələkbərova 8 aylıq hamilə olub.

Qeyd edək ki, Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Şübhəli bilinən şəxs Şirxan İmanov isə tutularaq istintaqa cəlb edilib.

G.Ələkbərova kafedə ofisiant işləyirmiş.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Daha ətraflı süjetdə:

Son xəbərlər