Əsgərliyə getmək istəməyən 33 nəfər axtarışa verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Statistika Komitəsi ötən ilə aid Azərbaycandakı kriminogen vəziyyətlə bağlı göstəriciləri açıqlayıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqdan və məhkəmədən yayınanların sayı ötən il 4 967 nəfər olub.
5167 nəfər axtarışa verilib, onlardan 69 nəfəri dövlət hakimiyyəti əleyhinə cinayət törətmiş şəxslərdir.
2019-cu ildə 33 nəfər hərbi xidmət keçməkdən boyun qaçırdığı üçün axtarışa verilib. Əsgərliyə getməkdən yayınanlardan 27 nəfəri axtarış zamanı müəyyən edilərək saxlanılıb.
Həmin il 904 nəfər itkin düşüb, onlardan 144 nəfəri 18 yaşdan aşağı şəxslərdir.
Oxşar xəbərlər
Bakıda bir gündə beş nəfər yoxa çıxdı: İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş fakt qeydə alıb. BAKU.WS xəbər verir ki, bu barə...