Əsgərlikdən qayıdan gənc adam öldürdü - VİDEO
10
okt
2019
14:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 17 yaşlı gənc öldürülüb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, qətl rayonun Havarlı kəndində törədilib.Kənd sakini - 2002-ci il təvəllüdlü Rasim Abid oğlu Nəzərov qonşusu - bir həftə öncə hərbi xidmətdən gələn Bəkirov Yasin Göyüş oğlu ilə mübahisə edib.Bu zaman Yasin Bəkirov Rasimin ürək nahiyəsinə bıçaqla zərbə endirib. Xəstəxanaya çatdırılan 17 yaşlı Rasim Nəzərovun həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən yaralı orada həyatını itirib.Yasin Bəkirov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə
Ötən gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdl...