Ermənilərdən Zəhranın qısasını aldıq: 5 ölü, 4 yaralı (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.
"Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra, həmişə olduğu kimi, ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi”, - məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunub ki, Mardakertdə yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Oxşar xəbərlər
Qarabağda şiddətli döyüşlər gedir: 9 erməni hərbçisi yaralandı, 1-i öldü
İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir. Virtualaz.org-un xüsusi müxbiri Vahan Mart...