Ermənilər Parisdə azərbaycanlılara hücum etdi: saxlanılanlar var - FOTO

Ermənilər Parisdə azərbaycanlılara hücum etdi: saxlanılanlar var - FOTO
Hadisə 1823

 

Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxıinlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.

BAKU.WS xəbər verir ki, aksiya Paris Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub.

Etiraz aksiyasında Fransanın müxtəlif yerlərindən, Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa mədəniyyət (ACAF) təşkilatının üzvləri, Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən azərbaycanlı və türk diaspor nümayəndələri iştirak ediblər.

Ümumilikdə, aksiyada 200-dən çox nümayəndəsi iştirak edib.

Aksiya iştirakçıları əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni  qaniçənliyini pisləyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanunu zəbtinə dair Beynəlxalq təşkilatları və Minsk qrupunu bu haqsizlıqlara biganə olmamağa səsləyən tranparantlar tutub, Qarabağın və zəbt edilmiş digər 7 rayonların qədim Azərbaycan torpağı oldugunu, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsləndiriblər.

Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa hökumətinə və ölkə ictimaiyyətinə ünvanlanan müraciətin mətnini səsləndirib.

Azərbaycan icmasının bu sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib.

Onlar, aksiya iştirakçılarına qarşı zor tətbiq edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı qazlar atıb. Nəticədə bir neçə aksiya iştirakçısı xəsarət alıb. Yaranmış vəziyyətdə hüquq-mühafizə orqanlarının nümayəndələri müdaxilə edib və hücum edənlərin bir qrupu polis tərəfindən saxlanılıb.

Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu qaydada davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.

BAKU.WS

Son xəbərlər