Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
"Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah şəhidlərimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.
Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 80 nəfərə çatıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Oxşar xəbərlər
XTQ-nin şəhid leytenantı Sumqayıtda dəfn olunub - FOTO
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələr...