Ermənilər Tovuzda kəndi atəşə tutub - VİDEO/FOTO

Ermənilər Tovuzda kəndi atəşə tutub - VİDEO/FOTO
Foto Video
Hadisə 563

Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ermənistanla həmsərhəd Ağdam kəndini atəşə tutub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, təxminən 2 saat öncə düşmən tərəfi mülki şəxslərin yaşadığı evləri hədəf alıb. Kənd sakini Bağırova Laçın Zamin qızının evi şiddətli atəşə tutulub. Hadisə zamanı sakinlər evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Buna baxmayaraq yaşayış evinə ciddi ziyan dəyib. Evin hər yerində güllə deşiklərini görmək olur. Silahlı qüvvələrimizin cavab atəşi ilə düşmən susdurulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər