Ermənilər Tovuzda evi hədəfə aldılar - VİDEOREPORTAJ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmən tərəfin təxribatı ilə üzləşmiş Aşağı Öysüzlü kəndinin sakini olan Qasımov İlqam Allahverdi oğluna məxsus evə baş çəkib.
Dünən axşam saatlarında işğalçı ordunun açdığı atəş nəticəsində mərmi evdən bir neçə metr aralıya düşüb. Həmin vaxt evdə olmaqlarına baxmayaraq xoşbəxtlikdən heç bir şəxs xəsarət almayıb.
Sadəcə evin qapı, pəncərə və dam örtüyünə ciddi ziyan dəyib.
Qalereya
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...