Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
24
avq
2026
14:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunda baş verən ölüm hadisəsinin qətl olduğu müəyyən edilib.
BAKU.WS xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zamanı bıçaqlanaraq öldürülüb.
Polis əməkdaşları A.Azizovanı saxlayaraq istintaqa təhvil veriblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...