Ərinin dostu tərəfindən qaçırılan gəlin tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ailəli olan gənc qadının ərinin dostu tərəfindən qaçırılması ilə bağlı yeni xəbər var.
BAKU.WS publika.az-a istinadla xəbər verir ki, Binəqədi qəsəbəsi ərazisindən qaçırılan 1999-cu il təvəllüdlü Aysel Məmmədova (ad və soyadlar şərtidir) yaxın qohumlarının və polisin iştirakı ilə tapılaraq ailəsinə qaytarılıb.
Qeyd edək ki, ilkin olaraq sentyabrın 21-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinə A.Məmmədovanın itkin düşməsi barədə müracit daxil olub. Ailə üzvləri 21 yaşlı qadının naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını, onunla əlaqə saxlaya bilmədiklərini deyiblər.
Dərhal polis əməkdaşları hadisəni araşdırıblar və məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Oxşar xəbərlər
Bakıda biabırçılıq - 21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı
Bakıda ailəli olan gənc qadının qaçırılması ilə bağlı bu gün polisə müraciət daxil olub. BAKU.WS-in publika.az-a istinadla verdiyi məlumata görə, polisə Binəqəd...