Bakıda biabırçılıq - 21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ailəli olan gənc qadının qaçırılması ilə bağlı bu gün polisə müraciət daxil olub.
BAKU.WS-in publika.az-a istinadla verdiyi məlumata görə, polisə Binəqədi qəsəbəsi ərazisindən 1999-cu il təvəllüdlü Aysel Məmmədovanın (ad və soyadlar şərtidir) həyat yoldaşının dostu tərəfindən qaçırılması ilə bağlı müraciət daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırmaq üçün ailəyə baş çəkib. Məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Ailələrin üzvləri məsələ ilə bağlı polis şöbəsinin qarşısında toplaşıb.
Hadisənin təfərrüatlar barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...