Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş

Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş
Foto
Hadisə 271

Bir neçə gün öncə əri tərəfindən baltalanaraq öldürülən 60 yaşlı Nərminə Bədəlova vəzifəli şəxs imiş.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, N.Bədəlova əvvəllər Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" və "Qarabağa dönüş" İctimai birliklərinin baş mühasibi olaraq işləyib.

O, həyat yoldaşı Yaşar Bədəlovdan boşansa da, bir evdə yaşayırmışlar.

Xatırladaq ki, noyabrın 10-u paytaxtın Binəqədi qəsəbəsində 1956-cı il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirdikdən sonra öz həyatına da son qoyub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, N.Bədəlovanın işlədiyi yerlərlə bağlı ilk məlumatı "Yeni sabah" yayıb.

Son xəbərlər