Əri tərəfindən döyülən qadınla bağlı araşdırma başladılıb - VİDEO

Əri tərəfindən döyülən qadınla bağlı araşdırma başladılıb - VİDEO
Video
Hadisə 4

Bakıda qadın əri tərəfindən şiddətə məruz qalıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Qadın “TikTok” platformasında video çəkərək əri tərəfindən işgəncələrə məruz qaldığını dilə gətirib. Həyat yoldaşının narkotik istifadəçi olduğunu iddia edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə paylaşılan həmin görüntülərdən xəbərdarıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər