Əri ilə istirahətə yollanan qadın gəminin pərinə düşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lüks gəmi ilə Meksikaya istirahətə yollanan Amor və Chase Armitage cütlüyü bədbəxt hadisə ilə üzləşib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, istirahət zamanı 37 yaşlı Amor gəmidən çıxıb dənizdə üzməyə başlayıb.
Daha sonra suyun soyuq olduğunu hiss edib və geri dönməyə qərar verib. Qadın dincəldikləri gəmiyə qayıdanda kapitan ona fikir vermədən gəminin pərini sürətlə fırlatmağa başlayıb.
Qadın pilləkandan çıxa bilməyərək müvazinətini itirib və pərin yanına yıxılıb. Amor özünü pərdən güclə xilas etməyə çalışsa da, uzun müddət buna nail ola bilməyib.
Həmin vaxt əynində dalğıc paltarı olan həyat yoldaşı Chase Armitage da dənizdə olub. O, Amoru dənizdə görə bilməyincə nəyinsə yolunda getmədiyindən şübhələnərək gəmiyə yaxınlaşıb.
Bu zaman həyat yoldaşının gəminin pərindən xilas olmağa çalışdığını görüb və onu düşdüyü yerdən xilas edib.
Qadın müəyyən xəsarətlər alaraq başına gələn faciədən canını qurtara bilib. Onu dərhal xəstəxanaya aparıblar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...