Ər və arvadın ölümü ilə bağlı rəsmi açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Kişi uşaqlarının gözü qarşısında arvadını və özünü güllələyərək öldürdü - TƏFƏRRÜAT - FOTO
Göyçay rayonunda dəhşətli qətl və intihar hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.Kənd sak...