Ər keçmiş həyat yoldaşını kürəyindən bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində keçmiş həyat yoldaşını kürək nahiyəsindən bıçaqlayan şəxs hadisə yerindən qaçıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bağbanlar qəsəbəsində baş verib.
Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədova Şahanə Bayram qızı keçmiş əri tərəfindən bıçaqlanıb.Qadın ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.Hazırda vəziyyəti orta ağıdır.
İlkin məlumata görə, cütlük bir müddət idi ki, rəsmi şəkildə ayrılıb. İnsidentə səbəb kişinin öz övladlarını görmək istəməsi olub. Hazırda polis keçmiş əri axtarır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...