Ər arvadını boğdu, daha sonra bıçaqladı - Azərbaycanda DƏHŞƏTLİ QƏTL
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il fevralın 26-da Şirvan şəhər ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Şirvan şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə BAKU.WS-ə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla zərərçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Qardaş bacısını kəndirlə boğaraq öldürdü - TƏFƏRRÜAT
Bu il mayın 15-də Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsd...