Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı
Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanadan evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumata görə, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxə zəruri tibbi yardım göstərilib.O, fevralın 6-da ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, Cəlilabadda əmi 14 və 15 yaşlı qardaş-bacıya balta xəsarəti yetirib. Onlar Cəlilabad RMX-yə çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra o, saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb. Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.
Oxşar xəbərlər
Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VDİEOSU
Paytaxtın Nizami və Xətai rayonları ərazisində soyğunçuluq faktları qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd o...