Əmisi qızını öldürən gənc ələ keçdi - Azərbaycanda dəhşətli qətl

Əmisi qızını öldürən gənc ələ keçdi - Azərbaycanda dəhşətli qətl
Hadisə 228

Şəmkir Rayon Prokurorluğu qadının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan BAKU.WS-ə daxil olan məlumatda deyilir:

"Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytac Piriyevaya bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər