Əmi qardaşı oğlunu silahla hədələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar sakini qardaşı oğlunu silahla hədələyib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E.Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub.
Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A.Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Mehtiyev saxlanılıb.
Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Meşəbəyi qayınata və qayınanasını öldürdü, arvadını isə... - Azərbaycanda dəhşətli cinayət
Xaçmaz rayonunda 1974-cü il təvəllüdlü Ayxan şəxsi münasibətlər zəminində qayınatası Sahibi və qayınanası Xanımı (adlar şərti verilib - red.) öldürüb. BAKU.WS “...