Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi

Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi
Foto
Hadisə 33

Türkiyənin paytaxtı Ankarada 2010-cu ildə öldürülən şəxsin qətlini təşkil edən və qaçaq kimi ölkə xaricində olan Barış Mirzə adlı kişi ölkəyə qayıdan kimi Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.

Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, polisə 29 oktyabr 2010-cu ildə avtomobilində 28 güllə yarası alaraq həyatını itirmiş Burak Şenin (26 yaş) qətlini təşkil edən və yeddi ildir qaçaq olaraq Gürcüstanda yaşayan Barış Mirzənin ölkəyə qayıtdığı barədə məlumat daxil olub.

Məlum olub ki, Barış Mirzə üzünü əməliyyat yolu ilə dəyişdirərək özünü qardaşına bənzədib və qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək Türkiyəyə gəlib.

B.Mirzə burun, dodaq və çənə nahiyəsindən estetik əməliyyatlar keçirib, həmçinin saç əkdirib. Ölkəyə gəldikdən sonra gizli yaşamağı planlaşdırırmış.

Polis bölməsindəki prosedurlardan sonra Barış Mirzə göndərildiyi məhkəmə tərəfindən həbs edilib.

Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi

Son xəbərlər