Əməkdar artistin adından dələduzluq edildi - Polisə müraciət etdi

Əməkdar artist Dilarə Əliyevanın adından dələduzluq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.
Əliyeva qeyd edib ki, "TikTok" sosial platformasında onun adından insanları aldadırlar:
"TikTok-da bir səhifə adımdan istifadə edərək fanatlarımı aldadır, hansısa yolla səslərimi tapıb, vatsappda onlara göndərir. Onlara özünü mənim kimi təqdim edir. Mənim yalnız rəsmi instagram hesabım var, burada da səhifəm şirkət tərəfindən idarə olunur. Daxili İşlər Nazirliyi dələduzluqla mübarizə aparır hər zaman. Belə dələduzlara inanmayın".
Əməkdar artist bununla bağlı polisə də müraciət edib.

Oxşar xəbərlər
Azərbaycanda dəhşətli olay - Azyaşlını zorladılar və ...
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Masallı rayonunda baş vermiş seksual xarakterli zorakılıq hadisəsi ilə bağlı işə baxaraq, 2004-cü il təvəllüdlü təqsirləndiri...
