''Eltilərim saçımdan tutdular, qaynım kürəyimdən bellə vurdu'' (VİDEO)

''Eltilərim saçımdan tutdular, qaynım kürəyimdən bellə vurdu'' (VİDEO)
Video
Hadisə 2754

"Qızım aralamaq istəyəndə, onu da vurdular"

Yol üstündə mübahisə düşdü. Nəticədə qayın qardaşının həyat yoldaşını döyərək xəstəxanalıq etdi. Hadisə Gədəbəydə baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gədəbəy rayonu, Qurudərə kənd sakini, 56 yaşlı Cəvahir Musayeva qayını Çümşüd Musayev tərəfindən döyülüb. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan xəstə tibb müəssisəsinin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəyalə Səfərli - həkim: "1960-cı il təvəllüdlü Gədəbəy rayon sakini Cəvahir Musayevə kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra vəziyyəti orta-ağır olan yaralı şöbəyə yerləşdirilib. Müalicəsi stasionar şəraitdə davam edir”.

Cəvahir Musayevanın sözlərinə görə, qayını ilə aralarında yaranan narazılıq uzun müddətdir davam edir. Buna səbəb isə tərəflərin ortaq yolu bölə bilməməsidir. Sonuncu mübahisədə Cümşüd Musayev qadına şiddət tətbiq edib.

Cəvahir Musayeva - zərərçəkən: "Məni bellə vuran qaynım olub. Bizim yolumuz qayınlarımın qapısından keçir. Dərəyə zibil tökməyə gedirdim. Qapıdan keçəndə eltilərim məni saçımdan tutdular. Qaynım isə bellə kürəyimin arxasından vurdu. Qızım aralamaq istəyəndə onu da vurdular”.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hər iki tərəfin izahatı alınıb və tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.

BAKU.WS 

Son xəbərlər