Elşad Xose saxlanıldı
Məşhur reper Elşad Xose həbs edilib.
BAKU.WS xəbər verir ki, 1979-cu il təvəllüdlü Elşad Nazim oğlu Əliyev (Xose) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.
Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını xahiş edib.
Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.//Qaynarinfo
Oxşar xəbərlər
Səbaildə səhərdən başlayan yanğın SÖNDÜRÜLÜB
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib. ***11:55 Fövqəladə Hallar Nazirliyinin "112"...