Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır, kritik olaraq qalmaqdadır".
BAKU.WS xəbər verir ki, bu barədə "Yeni Klinika"dan modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ötən müddətdə xəstənin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər yoxdur:
"Bu səbəbdən də ECMO vasitəsilə dəstək davam etdirilir".
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Jurnalistin anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Oxşar xəbərlər
Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb
Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb. Yeni klinikadan BAKU.WS-ə bildirilib ki, jurnalistin vəziyyəti ağır-stabil olar...