Elmi Cərrahiyyə Mərkəzi: Kəsilən ağaclar quru və qəzalı vəziyyətdə olub
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ərazisindən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olub.
BAKU.WS xəbər verir ki, bu barədə tibb müəssisəsi açıqlama yayıb.
Bildirilib ki, ağacların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib:
"Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş rəy və müvafiq komissiya qərarları əsasında aparılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur".
Həmçinin əlavə edilib ki, ərazidən götürülən ağacların əvəzinə yeni ağaclar əkilib.
Qeyd edək ki, sosial şəbəkədə Elmi Cərrahiyyə Mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə paylaşımlar edilmişdi.
Qalereya
Oxşar xəbərlər
Qızla tanış olmaq üçün görüşə gedib TALANDI - Saxlanılanlar var
Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin et...