Elinanın ölümünə görə cinayət işi açılan Sevinc Abbasova həbs edilə bilər?
16
apr
2019
14:27
162 saylı orta məktəbdə intihar edən VIII sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən məktəbin direktoru Sevinc Abbasovanı 5 ilədək həbs cəzası gözləyə bilər. BAKU.WS xəbər verir ki, Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinin açıqlamasını təqdim edirik:Maddə 143. Təhlükədə qoymaHəyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək, imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə— üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 314.2.Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda — ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Xatırladaq ki, S.Abbasova Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyev məhkəməni təxirə salıb. Sabiq direktor barəsində bu gün qərar qəbul ediləcək.Qeyd edək ki, hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Elinanın intiharı ilə bağlı direktora cinayət işi açıldı
162 saylı orta məktəbdə intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.BAKU.WS “Qafqazinfo”...