Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edilib
Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır. Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər.
Oxşar xəbərlər
MİDA yaşayış kompleksinin həyətində su xəttində baş verən qəza ARADAN QALDIRILIB
Yasamal rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmə...