Ələt yolunda baş verən dəhşətli qəzanın VİDEOSU

Ələt yolunda baş verən dəhşətli qəzadan yeni görüntülər ortaya çıxıb.
BAKU.WS XəzərXəbər-ə istinadla xəbər verir ki, hadisə zamanı 5 nəfər yaralanıb, 2 nəfər ölüb.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfər yerindəcə, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.
Yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus aşdı - Ölən və yaralananlar var
Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ələt yolunda baş verən qəza...