Azərbaycanda mikroavtobus aşdı - Ölən və yaralananlar var

Azərbaycanda mikroavtobus aşdı - Ölən və yaralananlar var
Hadisə 1458

Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ələt yolunda baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub.

Hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib.

Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Son xəbərlər